Rusiyada mədəndə YANĞIN: 15 yaralı varbackend

Rusiyada mədəndə YANĞIN: 15 yaralı var

Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” mədənində yanğın olub.

KONKRET.az “İnterfaks”a istinadən xəbər verir ki, mədəndə baş verən tüstülənmə nəticəsində 15 nəfər xəsarət alıb.

Yaralı şəxslər xəstəxanaya çatdırılıb, onlardan ikisinin vəziyyəti ağırdır. Digərlərinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Ümumilikdə mədəndə 287 nəfər olub. Onlardan 104-nün yeri hələ ki, məlum deyil.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*