Rusiyada məktəblərdə mobil telefondan istifadə QADAĞAN EDİLDİbackend

Rusiyada məktəblərdə mobil telefondan istifadə QADAĞAN EDİLDİ

Rusiyada məktəblilərə sinifdə mobil telefondan istifadə etmək qadağan edilib.

KONKRET.az “Interfax”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın təhsil naziri Sergey Kravtsov bildirib:

“Yeni qaydalara uyğun olaraq, bu tədris ilindən mobil telefonların sinifdə istifadə olunmasına icazə verilmir”.

O, bu qaydaların mobil telefonların şagirdlərin diqqətini dərsdən yayındırmaması üçün tətbiq edildiyini bildirib.

“Hər hansı fövqəladə hallar olarsa, valideynlərə zəng edilərək məlumat veriləcək. Tənəffüs zamanı məktəblilərlə danışmaq olar, lakin sinifdə yeni qaydalara əsasən, mobil telefondan istifadə etmək qadağandır”, – nazir əlavə edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*