Rusiyada məktəblilər Ukraynadakı əsgərlərə məktub yazmağa məcbur edilir.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə “Mediazona” məlumat yayıb. Bildirilir ki, məktəblərdə dərs saatlarında dərs keçmək əvəzinə məcburi məktub yazdırırlar.
Sankt-Peterburqdakı 91 nömrəli məktəbdə onlara bir neçə şablon nümunə verilib. Onları əl ilə yenidən yazmaq lazımdır. Daha sonra onlar hərbçilərə təhvil veriləcək.
“Salam, Rusiya Ordusunun igid döyüşçüləri! Harada xidmət edirsinizsə, fərq etməz, tank, hava, quru qoşunları, Vətənimizə xidmət və müdafiə etdiyinizə görə şadıq!” – “səmimi” məktubda deyilir.
Ümumilikdə, onlar əllə yazılmış məktubların 250 nüsxəsini tələb ediblər. Hətta müəllimlər belə yazmağa məcbur olublar, çünki uşaqlar çatdıra bilməyiblər.
Xuraman Etibarlı,
KONKRET.az