Rusiyada Melkonyança cinayət işi açıldı – TƏFƏRRÜATbackend

Rusiyada Melkonyança cinayət işi açıldı - TƏFƏRRÜAT

“Qolos” hərəkatının həmsədri Qriqori Melkonyanç cinayət məsuliyyətinə cəlb edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Ria Novosti gizli mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, hazırda Qriqori Melkonyanç Rusiyada deyil. Agentliyin mənbəsinin sözlərinə görə, onun yaşadığı mənzildə axtarışlar aparılıb. Məlumatda o da qeyd edilir ki, operativ tədbirlər Moskva, Kazan və Sankt-Peterburq da daxil olmaqla səkkiz regionda təşkilatın digər 14 əməkdaşının mənzilində də həyata keçirilib.

Xatırladaq ki, 2021-ci il sentyabrın 27-də Baş Prokurorluq “Seçki Müşahidə Təşkilatının Avropa Şəbəkəsi” qeyri-hökumət təşkilatının Rusiyada fəaliyyətini arzuolunmaz elan edib. “Kommersant” xəbər verir ki, həmin gün “Qolos” bu təşkilata üzvlüyünü dayandırmışdı.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*