Rusiyanın Kamçatka diyarında “MiQ-31” qırıcı təyyarəsi təlim uçuşları zamanı qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Sakit Okean Donanması məlumat yayıb.
Bildirilib ki, təyyarə döyüş komplekti olmadan uçuş tapşırığı yerinə yetirib.
Hadisə yerinə axtarış-xilasetmə qüvvələri göndərilib.
Hadisənin səbəbi və şəraiti araşdırılır.