Rusiyada qeyri-leqal miqrantlara kuryer və taksi sürücüsü kimi işləmək qadağan olunacaq.
KONKRET.az xəbər verir ki, bu barədə “Vedomosti” nəşri Əmək Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Söhbət taksi sürücüləri və kuryerləri işə götürən rəqəmsal aqreqator platformalarından gedir. Bu platformaların operatorları miqrasiya qanunlarına əməl etməyə məcbur olunacaq. Belə ki, onlar əcnəbiləri lazımi sənədləri olmadan işə qəbul edə bilməyəcəklər.
Sənəd iki ilə yaxındır müzakirə olunur. Qanun qəbul olunarsa, 2025-ci il martın 1-dən qüvvəyə minəcək.
Günel Mikayılova,
KONKRET.az