Rusiyada məktəbdə ölənlərin sayı 17-yə çatdı – VİDEO + YENİLƏNİB-3backend

Rusiyada məktəbdə ölənlərin sayı 17-yə çatdı - VİDEO + YENİLƏNİB-3

Rusiyanın İjevsk şəhərində yerləşən orta məktəbdə törədilən terror hücumu zamanı ölənlərin sayı 17-yə çatıb.

KONKRET.az xəbər verir, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, silahlı atışma nəticəsində 11-i uşaq olmaqla 17 nəfər həlak olub, 20 nəfər yaralanıb.

13:40

Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 7-si uşaq olmaqla 13 nəfərə çatıb. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, 14-ü uşaq olmaqla daha 21 nəfər yaralanıb.

Regionda hadisə ilə bağlı matəm elan edilib.

***

13:08

İjevskdə məktəbdə baş vermiş atışmada 5-i uşaq olmaqla 9 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi (İK) məlumat yayıb.

Atışma ilə bağlı istintaqı İK-in Mərkəzi Aparatı aparacaq.

***

12:13

Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub.

KONKRET.az  “Kommersant”a istinadən xəbər verir ki, hadisə nəticəsində mühafizəçilərdən biri həlak olub.

Ölənlər arasında uşaqların olduğu bildirilir.

Məlumatına görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb, hücum edən şəxs isə özünü güllələyib. Təhsil müəssisəsinin ərazisi Milli Qvardiya və FTX əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Rusiya Daxili İşlər Nazirliyi atışma ilə bağlı məlumatı təsdiqləyib. Udmurtiyanın rəhbəri Aleksandr Breçalov bildirib ki, hadisə yerində xüsusi xidmət orqanları və təcili yardım heyəti cəlb olunub.

Qeyd edək ki, 88 saylı məktəb İjevsk şəhərinin mərkəzində, şəhər administrasiyasının binasından bir qədər aralıda yerləşir. Məktəbdə 982 şagird təhsil alır, 80 müəllim çalışır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*