Rusiyada beşmərtəbəli binada partlayış baş verib, nəticədə bina çöküb.
KONKRET.az xəbər verir ki, Rusiyanın Nijnevartovsk şəhərində binanın bir hissəsinin uçması nəticəsində 4 nəfər ölüb, 10 nəfər yaralanıb.
Səbəb, ehtimal olunur ki, qaz partlayışı olub.
Fövqəladə Hallar Nazirliyi girişin 1-ci, 2-ci, 3-cü mərtəbələri arasında döşəmə arası tavanların zədələndiyinə aydınlıq gətirib.
Ərazidə 109 nəfər və 30 texnika çalışır.
Beşinci ölü sayılan şəxs reanimasiya edilib. Fövqəladə Hallar Nazirliyi 4 nəfərin ölməsi ilə bağlı məlumatı təsdiqləyib.
Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, Nijnevartovskda evdə partlayış və çökməyə səbəb qaz balonunun düzgün quraşdırılmaması və onun istismarının pozulması olub.
Xuraman Etibarlı,
KONKRET.az