Rusiyanın Ulyanovsk vilayətində Dimitrovqrad şəhərinin meri Andrey Bolşakov saxlanılıb.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, mer səhər işə gəlib və onu dayanacaqda müstəntiqlər qarşılayıb.
Məlumata görə, təhlükəsizlik qüvvələri merin avtomobilini saxlasalar da, o, maşından düşmək istəməyib. Bolşakov hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib, nəticədə əməliyyatçılar silahdan istifadə edib. Bundan sonra əməliyyatçılar avtomobilin şüşəsini sındıraraq məmuru qandallayıblar.
Qeyd olunub ki, Bolşakovun avtomobilində axtarış zamanı 1 milyon rubldan çox pul tapılıb. İndi təhlükəsizlik qüvvələri meriyada axtarışları davam etdirir.
Hadisə şahidləri məmurun saxlanmasını əks etdirən görüntüləri sosial şəbəkələrdə yayıblar.
İqbal Rzayev,
KONKRET.az