Rusiyada SENSASİYA: Priqojin Putinin iştirak etdiyi sammitdə görüntüləndi – FOTObackend

Rusiyada SENSASİYA: Priqojin Putinin iştirak etdiyi sammitdə görüntüləndi - FOTO

“Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin iyulun 27-də Sankt-Peterburqda başlayan Rusiya-Afrika forumunda iştirak edir.

KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə onun Mərkəzi Afrika Respublikasının Rusiyadakı səfiri Leon Dodonu ilə birgə şəkli yayılıb. Şəkili sosial şəbəkədəki səhifəsində CAR-dakı Rus Evinin rəhbəri Dmitri Sıtı yerləşdirib.

Bu barədə “Moskovski Komsomolets” məlumat yayıb.

Şəkildə mavi cins şalvar və ağ köynək geyinmiş Yevgeni Priqojin klassik iş kostyumu geyinmiş Dodonla arxa fonda bəzəkli pilləkən olan binada əl sıxır.

“Cənab səfir Rusiya-Afrika sammitindən ilk fotoları mənimlə paylaşdı”, – Sıtı öz paylaşımının altında yazıb.

Qeyd edək ki, forumda Rusiya prezidenti Vladimir Putin də iştirak edir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*