Rusiyada soyuducu kombinatında sızma: 8 nəfər XƏSARƏT ALDIbackend

Rusiyada soyuducu kombinatında sızma: 8 nəfər XƏSARƏT ALDI

Rusiyanın Novosibirsk şəhərindəki soyuducu kombinatının binasında ammiak sızması baş verib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticədə 8 nəfər xəsarət alıb, 300 nəfər təxliyə edilib.

Belə ki, hadisə Sibiryakov Qvardeytsev küçəsi, ev 54 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində baş verib. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onların səhhəti barədə məlumat verilmir. Sızmanın baş verdiyi borular bloklanıb. Hadisənin səbəbləri məlum deyil.

Qeyd edək ki, Novosibirsk soyuducu kombinatı gecə-gündüz fəaliyyət göstərən qida məhsullarının saxlanması üçün mühəndis-texniki kompleksdir. Burada 100-dən çox şirkətin məhsulları saxlanılır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*