Rusiyada “terrora bəraət” həbsləri davam edir – “Özbək mağazada danışırmış ki…”backend

Rusiyada “terrora bəraət” həbsləri davam edir – “Özbək mağazada danışırmış ki…”

Sankt-Peterburq şəhərinin Vıborq Rayon Məhkəməsi tacik Bahodur Zuxurovu terrorizmə haqq qazandırmaq ittihamı ilə iki ay müddətinə həbs edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ittihamın irəli sürülməsinə səbəb təqsirləndirilən şəxsin Telegram-da yazdığı şərhlər olub. İstintaq onları martın 22-də “Crocus City Hall” konsert zalında baş verən terror aktına bəraət qazandırmaq kimi qiymətləndirib.

Məlumatda deyilir ki, Zuxurov martın 27-də saxlanılıb. Cinayət Məcəlləsinin 205.2 (terrorçuluğa ictimai çağırışlar, onun təbliği və əsaslandırılması) maddəsi üzrə onu 5 ilə qədər həbs gözləyir. Məhkəmədə bildirilib ki, o, təqsirini etiraf edib və əməlindən peşman olub.

Elə həmin gün səhər saatlarında Altay diyarının Rubtsovski şəhər məhkəməsi Özbəkistan vətəndaşını terrora haqq qazandırmaq ittihamı ilə həbs edib. Ona qarşı eyni maddə ilə iş açılıb, buna səbəb təqsirləndirilən şəxsin Rubtsovskdakı mağazalardan birində danışdığı sözlər olub.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*