Rusiyada xalq “müqəddəs müharibə” üçün ayağa qalxa bilərmi? – Nikolay Mitroxinlə MÜSAHİBƏbackend

Rusiyada xalq “müqəddəs müharibə” üçün ayağa qalxa bilərmi? - Nikolay Mitroxinlə MÜSAHİBƏ

Son zamanlar Rusiyanın Ukrayna cəbhəsində istədiyi nəticəni əldə etməməsi, hətta Xerson və digər ərazilərdən qoşunlarını geri çəkməsi Moskvanın yavaş-yavaş məğlub olduğu haqda fikirlərin ortaya çıxması ilə nəticələnib. Hazırda demək olar ki, Ukrayna ərazisinin çox az bir hissəsi Rusiya ordusunun nəzarətində qalıb. Buna baxmayaraq Ukrayna ordusu əzmlə döyüşərək digər əraziləri də azad edəcəyini açıqlayır. Bütün bunlar isə Rusiyanı geri çəkilməyə və müharibəni tez bir zamanda bitirməyə vadar edir. Bəs görəsən proseslər necə davam edəcək və qarşıda nələrin baş verməsi mümkündür?

“Rusiya geri çəkilməyə davam edir”

Bu barədə KONKRET.az-a müsahibəsində rusiyalı tarixçi və sosioloq Nikolay Mitroxin deyib:

– “İndi onlar fikir irəli sürəcəklər: “Biz müharibəni nəyəsə görə başladıq, gəlin onu nəyinsə müqabilində bitirək”. Və bu, artıq müharibənin başladığı formada deyil, nəticələrini tanımaq üçün bir platforma olacaq. Çünki öncə bütün Ukraynanın nəzarət altına keçəcəyini, ölkənin Rusiyanın tərkibinə qatılacaq vilayətlərə bölünəcəyini planlaşdırırdılar. Amma indi müharibədən hansısa nəticə əldə etməyə və bunu “qələbə” kimi qələmə verməyə cəhd göstərəcəklər”.

– Kreml rəhbəri ölkədə hərbi rejim tətbiq edərək heç olmasa bir-iki qələbə üçün çalışacaqmı?

– Təcrübə göstərdi ki, rusiyalı hərbçilərin kütləvi səfərbərlik olacağı və həqiqətən ürəklə döyüşəcəkləri haqdakı ümidləri puça çıxıb. Eləcə də mülki obyektlərə raket zərbələri endirməklə nə isə əldə etmək planları alt-üst olub. Rusiya artıq geri çəkilməyə davam edir. Və bu, 3-cü yox, sayca 4-cü geriçəkilmədir. Ukrayna ordusu “İlan” adasını geri qazandı, həmçinin limanlardakı taxılın ixracı məsələsini həll etdi. Ona görə də hesab edirəm ki, hərbi rejimin tətbiqi ilə nəyisə dəyişmək mümkün olmayacaq. Beləliklə, müharibə tərəfinin artıq döyüş şəraitinin davam etdirilməsinə tərəfdar olmadığı açıq-aşkar görünür. Bu, ölkə daxilindəki proseslərdən və atılan addımlardan da hiss edilir. Onlar sadəcə qələbəyə ümidlidirlər. Amma bu qələbənin necə qazanılacağı heç kimə məlum deyil”.

Нецерковность и заполитизированность, – религиовед Николай Митрохин о ПЦУ

– Kilsələr xalqı “müqəddəs müharibə” üçün ayağa qaldıra bilərmi? Bunun üçün kilsənin inzibati və ideoloji resursu çatacaqmı?

– Rusiyada kilsələr kiçik və mədəni strukturdur. Hətta kilsələrə gedən 2,5 faiz əhali üçün də patriarxın səsi kilsə keşişləri ilə müqayisədə heç nə demək deyil. Kilsə keşişləri isə patriarxın dediklərini təkrarlamaq və müharibəyə haqq qazandırmaq məcburiyyətində deyillər. Ona görə də, “müqəddəs müharibə” çağırışlarının olacağını düşünmürəm. Rusiyada yeganə olaraq “sivil din” mövcuddur. Putin bunu istismar etməyə çalışır. Amma bu da dominant din hesab edilimir. İnsanlar, ümumiyyətlə, “sivil din”lə razılaşırlar. Amma bu, o demək deyil ki, ona görə hər hansısa qurban verməyə və ordunu dəstəkləməyə hazırdırlar.

– Ukrayna cəbhəsində 3-cü böyük məğlubiyyətdən sonra Rusiya elitası parçalana bilərmi?

– Xeyr, buna inanmıram. Hazırkı proseslər bunu göstərmir. Rusiya elitası Putinin müharibəni bitirməklə bağlı bütün qərarını dəstəkləməyə hazırdır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*