Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Qadağan olunacaqbackend

Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Qadağan olunacaq

Rusiya Dövlət Duması rus dilini bilməyən uşaqların məktəblərə qəbulunu qadağan edəcək.

KONKRET.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə dövlət duması məlumat yayıb.

Dövlət Duması rus dilini bilməyən miqrant uşaqlarının məktəbə qəbulunu qadağan edən qanun layihəsinə baxmağa başlayıb. Bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

O qeyd edib ki, qanun layihəsi uşağın və onun valideynlərinin Rusiya Federasiyasının ərazisində olmasının qanuniliyinin, habelə miqrant uşaqların məktəblərə qəbul zamanı rus dilini bilmə səviyyəsinin məcburi yoxlanılmasını nəzərdə tutur.

Qanun layihəsinə birinci oxunuşda dekabrın 10-da baxılması planlaşdırılır./milliaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*