Rusiyada yataqxana yandı – 8 nəfər öldübackend

Rusiyada yataqxana yandı - 8 nəfər öldü

Rusiyanın paytaxtı Moskvanın cənubundakı yataqxanaların birində yanğın baş verib.

KONKRET.az “Interfax”a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yanğın 16 mərtəbəli binanın 1-ci mərtəbəsində baş verib, alov 150 kvadratmetr ərazini əhatə edib. Hadisə nəticəsində 8 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Dörd nəfər tibb müəssisələrinə yerləşdirilib və onlara lazımi köməklik göstərilib”, – mənbə bildirib.

Yanğın yerli vaxtla saat 00:47-də söndürülüb, hadisənin səbəbləri araşdırılır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*