Rusiyada zəlzələ baş verdibackend

Rusiyada zəlzələ baş verdi

Kuril adalarında 5,0 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xəbər  verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin ada bölməsi məlumat yayıb.

Xidmətin məlumatına görə, zəlzələnin episentri Şikotan adasından 39 kilometr aralıda dənizdə yerləşib.

“Təkanların ocağı 41 kilometr dərinlikdə olub”, – Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semyonova bildirib.

Onun sözlərinə görə, yeraltı təkanları Şikotan və Kunaşir adalarının sakinləri hiss ediblər.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*