Rusiyadakı azərbaycanlılara daha bir pis xəbərbackend

Rusiyadakı azərbaycanlılara daha bir pis xəbər

Rusiyanın Voloqda vilayətinin hakimiyyəti miqrantlara tikinti sahələrində işləməyi qadağan edib.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə vilayət rəhbəri Georgi Filimonov göstəriş verib.

Miqrantlar üçün qadağan olunmuş məşğulluq sahələrinin yeni siyahısına binaların tikintisi və sökülməsi, sənaye avadanlığının quraşdırılması, tikinti sahələrinin hazırlanması, həmçinin tamamlama və dam örtüyü işləri daxil edilib. Müvafiq sənəd bir gün əvvəl imzalanıb və artıq qüvvəyə minib.

Qeyd edək ki, analoji qadağa Krasnodar vilayətində də tətbiq edilib. Miqrantlar dekabr ayından oradakı tikintilərdə işləyə bilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*