Rusiyanın Arxangelsk vilayətinin Severodvinsk şəhəri yaxınlığındakı poliqonda baş verən raket qəzası, daha böyük beynəlxalq-hüquqi nəticələrə səbəb olacaq.
Xatırladaq ki, həmin insidentdə Rusiyanın 7 alimi həlak olmuş, bölgədə isə radisiya sızıntısı müşahidə edilmişdi.
“Reuters” agentliyinin verdiyi məlumata görə, artıq Tramp administrasiyası 2010-cu ildə imzalanan Starteji Silahların Məhdudlaşdırılması (SSM-3) haqqında müqaviləni uzatmaq niyyətində deyil.
SSM-3 Rusiya və ABŞ arasında silahlanmaya nəzarətlə əlaqədar bağlanan son anlaşma hesab olunur. Tərəflər müqaviləyə əsasən, özlərinin starteji hücum silahlarını müəyyən normaya qədər azaltmaq öhdəliyini üzərlərinə götürmüşdülər.
Buna görə qitələrarası ballistik raketlərin (QBR), sualtı qayıqlardakı ballistik raketlərin (SQBR) sayı maksimum 700 ədəd, onların mərmiləri 1550 ədəd, buraxılış qurğularının sayı isə 800 ədəd olmalı idi.
Müqavilə 10 müddətinə nəzərdə tutulmuşdu. Buna rəğmən tərəflərin qarşılıqlı razılığı ilə onun daha 5 il, yəni 2026-cı ilə qədər uzatmaq olardı.
Lakin ABŞ rəhbərliyi bununla bağlı mövqeyini artıq qətiləşdirib. Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ağ Evin uzatmaq məsələsinə həvəslə yanaşmadığını bu sözlərlə ifadə edib: “Sadəcə, müqavilənin varlığı naminə xarab sistemin nəyini uzadasan….”.
Bu ilin may ayının sonunda ABŞ Milli Təhülkəsizilik Şurasının sədri Tim Morrison silahlara nəzarətlə bağlı keçirilən forumda Donald Trampın “SSM-3”ün taleyi ilə bağlı qərarını gələn il açıqlayacağın bildirmişdi.
Elə Rusiyanın özü də bu məsələdə o qədər də israrçı görünmür. Prezident Vladimir Putin sazişin bitməsindən sonra dünyada, o cümlədən kosmos məkanında silahlanmanın durdurulaması üçün heç bir beynəlxalq mexanizm qalmayacağını söyləyib.
Hər bir halda Rusiyanın səsdən qat-qat sürətli raketlərin sınağına başlaması bunu göstərir. ABŞ tərəfi isə raketlərin nüvə yanacağı ilə çalışmasını qəzəblə qarşılayıb.
ABŞ Alimləri federasiyasınn (Federation of American Scientists, FAS) nüfuzlu üzvlərindən Enkit Pedra maye yanacaqla çalışan raketlərin heç bir halda radiasiya yaymadığını deyib. O, Rusiyada əvvəllər də nüvə mühərrikinə malik raketlərin işlənib hazırlanmasına diqqət çəkib.