Rusiyadan Avropa Parlamentinə “qanlı” çəkic göndərildi – VİDEObackend

Rusiyadan Avropa Parlamentinə “qanlı” çəkic göndərildi - VİDEO

Rusiyalı iş adamı və “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Avropa Parlamentinə skripka qutusunda “qanlı” ağır çəkic göndərib.

KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Bildirilir ki, Priqojin Avropa Parlamentinin Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanımasına belə reaksiya verib.

“Avropa Parlamentinin hansı qanunu rəhbər tutduğunu bilmirəm, amma bizim qanunvericiliyimizə əsasən, bu gündən Avropa Parlamentinin buraxıldığını elan edirik. Bu prosedur qanuni qüvvəyə minməmişdən əvvəl mənə tapşırılıb ki, Avropa Parlamentinə informasiya keysi təqdim edim”, – deyə o bildirib.

Ağır çəkicin üzərindəki qan izlərinin saxta olduğu vurğulanıb.

Qeyd edək ki, Avropa Parlamenti səs çoxluğu ilə Rusiya Federasiyasının terrorizmə sponsorluq edən dövlət kimi tanınması barədə qətnamə qəbul edib. Səsvermə çərşənbə günü, noyabrın 23-də Strasburqda Avropa Parlamentinin plenar iclası zamanı baş tutub.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*