Rusiyalı turistlərin Avropaya axını pandemiyadan əvvəlki göstəricilərlə müqayisədə 90 faiz azalıb.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) məlumat yayıb.
Qeyd olunub ki, yaxın gələcəkdə vəziyyətin yaxşılığa doğru dəyişməsi ehtimalı azdır.
Beləliklə, indi viza almaq çətinləşir və getdikcə daha çox səfər müddətində verilir. Konsulluqların bağlanması da çətinliklər yaradır. Eyni zamanda, bir sıra Avropa dövlətləri hələ də rus turistlərinə kifayət qədər loyal yanaşır və onlara viza verirlər. Belə ölkələr sırasında Yunanıstan, İtaliya, İspaniya və Fransanın adı çəkilir.
Rusiyanın Avropa İttifaqı yanında Daimi Nümayəndəliyindən bildirilib ki, Aİ viza rejiminin sadələşdirilməsi sazişini dayandırdıqdan sonra ruslar kütləvi şəkildə Avropaya səfərlərini dayandırıblar.
İqbal Rzayev,
KONKRET.az