Rusiyadan Ermənistana “göz dağı” – Zaxarova “Xankəndi Azərbaycandır” deməklə İrəvana hansı mesajı verdi?backend

Rusiyadan Ermənistana "göz dağı" - Zaxarova "Xankəndi Azərbaycandır" deməklə İrəvana hansı mesajı verdi?

“Xankəndidə Azərbaycan qanunları keçərlidir. Çünki, bu, Azərbaycan ərazisidir”. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni jurnalistin sualını cavablandırarkən səsləndirdiyi bu fikirlər müzakirə mövzusuna çevrilib. Aydındır ki, Xankəndi Azərbaycan ərazisidir və orada bizim qanunlarımız işləyir. Bəs görəsən, Rusiya rəsmisi Zaxarovanın dilindən bu fikirlərin səsləndiriliməsi nədən xəbər verir? Moskva Ermənistana “göz dağı” vermək niyyətindədir, yoxsa başqa səbəblər var?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, həm Ermənistan, həm də Rusiyada Xankəndinin Azərbaycan ərazisi olduğunu çox gözəl bilirlər:

BDU-nun baş müəllimi Əlimusa İbrahimov beynəlxalq konfransda iştirak edib - Cənublu

“Erməni jurnalistin Zaxorvaya bu mövzuda sual ünvanlamasının özü belə təxribatdır. Ola bilər ki, ermənilər zaman keçdikcə Rusiya hakimiyyətinin müəyyən dairələrində bu məsələ ilə bağlı yeni fikrin olub-olmamasını öyrənmək istəyirlər. Amma Zaxarovanın cavabı erməni tərəfinin susdurulmasına səbəb olub. Bu da layiqli cavab hesab edilə bilər”.

Zaxarova bu fikri səsləndirməklə Ermənistan hakimiyyətinə hansı mesajı verdi?

“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bu bəyanatı bütünlükdə Rusiyanın hakimiyyət dairələrinin İrəvanla müzakirələrdə daha sərt ritorikaya keçdiyini sübuta yetirir. Rusiya artıq Ermənistanla yumşaq dildə danışmaqdan imtina edir. Bu da Moskvanın Ermənistan üzərində nəzarətini artırmasına işarədir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*