Rusiyadan Ermənistana TƏRS ŞİLLƏ – Sankt-Peterburqda “Soyqırıma yox!” sərgisi LƏĞV EDİLDİbackend

Rusiyadan Ermənistana TƏRS ŞİLLƏ - Sankt-Peterburqda “Soyqırıma yox!” sərgisi LƏĞV EDİLDİ

Sankt-Peterburqda erməni soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Soyqırıma yox!” sərgisi ləğv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “ARMA” Ermənistan Regional Gənclər Assosiasiyası İnstaqramda yazıb.

“Bizdən asılı olmayan səbəblərə görə, “Soyqırıma yox!” sərgisi açılışından bir gün əvvəl ləğv edildi”, – deyə o bildirib.

Qeyd edək ki, aprelin 22-də Sankt-Peterburqda erməni diasporunun təbliğ etdiyi “Soyqırıma yox” sərgisi başlamalı idi. Sərgi 22 apreldən – 8 maya qədər davam etməli idi.

Lakin başlamazdan bir gün əvvəl şəhər rəhbərliyi sərginin ləğvi barədə təşkilatçılara məlumat verib. Artıq bir neçə saatdır ki, sosial şəbəkələrin erməni seqmenti  qəzəbindən qaynayır. Eyni zamanda, Rusiyaya qarşı sərt ifadələr işlədilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*