Rusiyadan hədə: Azərbaycana qarşı Xüsusi Əməliyyat başlaya bilərbackend

Rusiyadan hədə: Azərbaycana qarşı Xüsusi Əməliyyat başlaya bilər

“Hazırda Cənubi Qafqazda baş verənlər çox böyük problemdir”.

KONKRET.az bakupost-a istinadən xəbər verir ki, bunu Kremlin təbliğatçısı, “Vladimir Solovyovla axşam” verilişinin müəllifi Vladimir Solovyov deyib.

O qeyd edib ki, Xəzər dənizində tezliklə NATO-nun bazası peyda ola bilər:

“Bu o qədər təhlüklidir və geopolitik baxımdan yanaşsaq, elə nəticələrə səbəb ola bilər ki, hazırda keçirdiyimiz Xüsusi Əməliyyat bizim nəslin keçirdiyi sonuncu xüsusi əməliyyat olmaya bilər. Ona görə də diplomatiyanın bütün mümkün vasitələrini işə salmaq lazımdır ki, prosesin bütün iştirakçılarına çatdıraq: Rusiyanın maraqlarına hörmət etmək lazımdır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*