Rusiyadan münaqişə açıqlaması: “Narahatlığa heç bir əsas yoxdur”backend

Rusiyadan münaqişə açıqlaması: “Narahatlığa heç bir əsas yoxdur”

“Rusiya və ABŞ Ukrayna məsələsi ilə əlaqələrini davam etdirir və vəziyyəti yüksək səviyyədə müzakirə edirlər”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov söyləyib.

“Moskva Vaşinqtonu Ukraynanın şərqindəki vəziyyəti sabitləşdirmək ittihamlarının əsassız olduğuna inandırdı. Eyni zamanda, onlara bu narahatlığın əsassız olduğunu söylədik”, – diplomat qeyd edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski bundan əvvəl Rusiyanı sərhəddə “əzələ nümayişi” etməkdə ittiham edib. Bundan sonra Ukrayna müdafiə naziri Andrey Taran Pentaqon rəhbəri Lloyd Austinlə danışıb. Görüşdə Rusiyanın Ukrayna ilə sərhəd bölgələrinə hərbi texnika və canlı qüvvə yığdığı bildirilib.

Vaşinqton da öz növbəsində Kiyevi ölkənin suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün dəstək verəcəyinə söz verib. teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*