Rusiya Azərbaycanı yenidən təhdid etməyə başlayıb.
KONKRET.az xəbər verir ki, Rusiya Federasiyasının Raket və Artilleriya Elmləri Akademiyasının sədr müavini Konstantin Sivkov Azərbaycanı hədələyib.
Sivkovun sözlərinə görə, Rusiya Azərbaycan Ordusunu çox tez “məhv” edə bilər. Daha sonra torpaqlarını işğal edə bilər. Amma bu, sonranın işidir.
O bildirib ki, Rusiya Ukraynadakı problemi həll edəndən sonra, yəni yaydan əvvəl həll olunacaq, Rusiya silahlı qüvvələri əl-qolunu açacaq, bundan sonra da Azərbaycanla məşğul olacaq.
“1000 kilometrlik cəbhə ilə bağlı məsələni həll edəndən sonra Azərbaycanla məsələni həll edəcəyik. Hələlik Rusiya Azərbaycanla diplomatik kanallarla işləyir.
Azərbaycan liderlərinin Türkiyə və ABŞ-ın təklifi ilə hərəkət edərək Rusiyaya ciddi problemlər yaratmasını Moskva unutmayacaq”.
Xuraman Etibarlı,
KONKRET.az