Rusiyadan Zaporojye AES-lə bağlı ŞOK ADDIM – FOTObackend

Rusiyadan Zaporojye AES-lə bağlı ŞOK ADDIM - FOTO

Rusiya Ukraynada işğal etdiyi ərazilərdə yeni elektrik ötürücü xətləri (LƏP) çəkir.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” peyk görüntülərinə istinadən məlumat yayıb.

Məlumata görə, Azov dənizi sahili boyunca – Mariupol ilə Berdyansk arasında 50 mildən çox məsafədə LƏP inşa olunur. Ehtimallara əsasən, bu xətlər Mariupol yaxınlığındakı böyük yarımstansiyaya birləşdiriləcək. Həmin yarımstansiya əvvəllər Zaporojye Atom Elektrik Stansiyası (ZAEŞ) ilə əlaqəli olub. ZAEŞ isə bu nöqtədən təqribən 140 mil qərbdə yerləşir.

Bununla belə, Rusiyanın konkret planları hələlik aydın deyil. Kreml stansiyanı həm müharibə dövründə, həm də ondan sonra istismar etməyi planlaşdıra bilər. Lakin AES-in Rusiya enerji sisteminə tam inteqrasiyası üçün bir neçə əlavə LƏP inşa edilməli olacaq ki, bu da müəyyən vaxt tələb edir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*