Rusiyalı aparıcıdan ƏSASSIZ İTTİHAM: “Burada bir tərəf digərini soyuq və aclıqdan öldürməyə çalışır”backend

Rusiyalı aparıcıdan ƏSASSIZ İTTİHAM: "Burada bir tərəf digərini soyuq və aclıqdan öldürməyə çalışır"

“Burada bir tərəf var ki, digərini soyuq və aclıqdan öldürməyə çalışır”.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı aktrisa və teleaparıcı Sati Spivakova (Satenik Saakyants) İnstaqram səhifəsində yazıb.

O, beynəlxalq ictimaiyyəti azərbaycanlıları Laçın dəhlizinin davam edən blokadasına görə qınamağa çağırıb.

“Qarabağ və Ermənistanı birləşdirən yol bağlanıb. “120 min” nəfər var ki, onlardan 30 mini uşaqdır. Susmağa davam edəcəksiniz? Həddən artıq narahatlığınızı belə ifadə edirsiniz? “Tərəflərə” səslənin. Əslində burada digərini soyuq və aclıqla öldürməyə çalışan bir tərəf var”, – deyə Spivakova zəhərini töküb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*