Prezident Ərdoğanın Türkiyənin İsrailə “daxil ola biləcəyi” sözlərinə reaksiyaları dəyərləndirən rusiyalı ekspert Sergey Balmasov bildirib ki, Türkiyə liderinin açıqlamaları ciddi qəbul edilməlidir.
KONKRET.az xəbər verir ki, o fikrini belə əsaslandırıb:
“Çünki Türkiyənin öz mövqeyini müdafiə etmək hüququ var” .
Balmasov onu da bildirdi ki, belə bir şeyin yaxın gələcəkdə baş verməsi ehtimalı azdır. Amma unutmaq olmaz ki, Avropanın ən güclü ordusu Türkiyədədir”.
Natiq Səlim,
KONKRET.az