Ontario Xokkey Liqasının “London Nayts” klubunun rusiyalı hücumçusu Abakar Kazbekov 18 yaşında dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə klubun tviter hesabında məlumat verilib.
“Ontario Xokkey Liqası və “London Nayts” Abakar Kazbekovun qəfil ölümünü kədərlə elan edirlər. Abakar 2021-ci ildən komanda üçün dəyərli oyunçu idi. Düşüncələrimiz onun ailəsi, dostları və komanda yoldaşları ilədir”.
Xokkeyçinin ölüm səbəbi barədə məlumat verilmir. “London Nayts”ın növbəti oyunu başqa vaxta ertələnib.