Rusiyalı idmançı yarış zamanı öldü – VİDEObackend

Rusiyalı idmançı yarış zamanı öldü - VİDEO

Məşhur sankt-peterburqlu konkisürən Roman Boqrets “Jest” idman klubunda Rusiya Roller İdmanı Federasiyasının Kuboku yarışı zamanı qəzaya uğrayaraq ölüb.

KONKRET.az xəbər verir ki, o, trası qət edərkən tam sürətlə maneəyə çırpılıb.

Boqrets baş və döş qəfəsi xəsarətləri və qabırğalarının sınması ilə kliniki ölüm vəziyyətində təcili xəstəxanaya yerləşdirilib. Roller bir neçə saat sonra reanimasiyada dünyasını dəyişib.

36 yaşlı Boqrets skeytkross üzrə Rusiya çempionu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*