Rusiyalı milyarder ABŞ-da öldübackend

Rusiyalı milyarder ABŞ-da öldü

Rusiyalı fizik, milyarder və IPG Photonics şirkətinin həmsahibi Valentin Qapontsev ABŞ-da vəfat edib.

KONKRET.az bildirir ki, bu barədə “Forbes” ailəyə yaxın məbəyə istinadla məlumat yayıb. İş adamının oğlu Denis Qapontsev də atasının öldüyünü təsdiqləyib.

Biznesmen uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib.

Qapontsevin ölümünün dəqiq səbəbləri hələlik məlum deyil. Qeyd olunur ki, o, son bir neçə ildə xərçənglə mübarizə aparırdı.

Valentin Qapontsev lazer fizikası və texnologiyası, fiber və optoelektron texnologiyaları sahəsində ilk sahibkarlardan biri idi.

O, 1939-cu ildə Lvovda anadan olub, Lvov Politexnik İnstitutunu bitirib və SSRİ Radio Sənayesi Nazirliyinin dizayn bürolarından birində işə başlayıb. Aspiranturanı bitirəndən sonra SSRİ Elmlər Akademiyasında işləməyə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*