Rusiyalı müğənni 45 yaşında vəfat etdibackend

Rusiyalı müğənni 45 yaşında vəfat etdi

Rusiyalı müğənni Pyer Narcis 45 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə onun 16 yaşlı qızı Carolina-Christel məlumat verib. Müğənninin qızı Pyer Narcisin böyrəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra dünyasını dəyişdiyini deyib.

Sənətçinin əməliyyatdan sonra ürəyinin dayandığı bildirilib.

Pyer Narcis (Mudio Mukuto Pierre Narcisse De Napoli De Souza) Kamerun əsilli rus müğənnisidir.

1990-cı illərin sonlarından RUDN Universitetinin KVN komandasında çıxış edib. 2000-ci ildə Rusiyanın MTV telekanalında “12 qəzəbli tamaşaçı” verilişinin bir neçə seriyasında iştirak edib. O, “Şokoladlı Dovşan” mahnısının hitə çevrildiyi “Ulduz Fabriki – 2″də iştirak edib.

Qeyd edək ki, Pyer Narcis hələ 2017-ci ildə qalmaqalla yeganə arvadı Valeriya Kalaçevadan boşanıb. Daha sonra model ərini spirtli içkilərə aludə olmaqda, ona və kiçik qızına qarşı qəddarlıqda ittiham edib. Buna baxmayaraq, cütlük dostluq münasibətlərini qoruya bilib. İfaçı yeganə varisin tərbiyəsində fəal iştirak edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*