Rusiyalı mütəxəssis xəbərdarlıq etdi – “Aeroprakt A-22” 2 000 km məsafəni qət edə bilərbackend

Rusiyalı mütəxəssis xəbərdarlıq etdi - “Aeroprakt A-22” 2 000 km məsafəni qət edə bilər

Ukrayna Silahlı Qüvvələrinin Dağıstana PUA hücumuyla bağlı  ətraflı məlumat vermişik.

İndi də hücumda istifadə edilən PUA-nın texniki göstəriciləri barədə.

KONKRET.az Rusiyanın alf.ru agentliyinə istinadən xəbər verir ki, bu barədə

Pilotsuz aviasiya təlim mərkəzinin təsisçisi,Rusiya Mühəndislik Akademiyasının müxbir üzvü Maksim Kondratyev məlumat verib: “Söhbət pilotsuz təyyarəyə çevrilmiş iki yerlik ultra yüngül “Aeroprakt A-22” təyyarəsindən gedir. PUA-nın əsas uçuş məsafəsi 1100 kilometrdir. O, pilotsuz təyyarəyə çevrildikdə, uçuş məsafəsi demək olar ki, iki dəfə artır və 2000 kilometri keçir”. Kondratiyev qeyd edib ki, bu qurğu Ukraynanın hər yerindən buraxıla bilər. Ekspert hesab edir ki, “Aeroprakt A-22”nin 150 kiloqramlıq  döyüş başlığının daşıya bilmək qabiliyyəti ciddi düşünməyə vadar edir. Deməli, “Aeroprakt A-22” Rusiyanın çox yerlərində peyda ola bilər.

 Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*