Rusiyalı oliqarxlar Potanin, Manturov, Rotenberq Rusiyanı tərk edir.
KONKRET.az xəbər verir ki, bu barədə Caliber Rusiyanın Telegram kanallarına istinadən məlumat yayıb. Digər məlumatlara görə, bu gün Moskva vaxtilə təxminən saat 14:16-da Vladimir Putinin “İl96-300PU” təyyarəsi Moskvadan Sankt-Peterburqa doğru havaya qalxıb. Təyyarə Tver yaxınlığında radardan itib.
Qeyd edək ki, hava gəmisində Ordunun idarə edilməsi üçün bütün avadanlıq var. İkinci prezident təyyarəsi Tu-214PU isə Moskvadan Sankt-Peterburqa yerli vaxtla saat 14:44-də uçub. Həmin hava gəmisində də müharibə üçün lazım olan bütün avadanlıqlar var. O, Qatçina üzərində radardan itib.
Oiqarx və Putinin dostu Arkadi Rotenberq reaktiv “Bombardier BD-700” təyyarəsi ilə bu gün səhər saat 11:30-da Moskvadan havaya qalxıb və saat 15:04-də Bakıya enib. Bu uçuş dünən gecədən planlaşdırılıb.
Rusiya baş nazirinin müavini Denis Manturovun “Sukhoi Superjet” təyyarəsi səhər saat 7-də Moskvadan havaya qalxıb və axşam saat 12:06-da Türkiyənin Dalaman şəhərinə enib. “Gulfstream G650” təyyarəsi ilə isə oliqarx Vladimir Potanin Moskvadan İstanbula uçmağı gözləyir.
KONKRET.az