Sankt-Peterburqdan olan təqaüdçü “Slava Ukraine” qışqıraraq, hərbi komissarlığın qarşısında dayanan maşını yandırıb.
KONKRET.az xəbər verir ki, qadın istədiyinə tam nail ola bilməyib. O, maşının üstünə yanıcı maddə tökərək yandırsa da, alov çox da genişlənməyib və maşını dərhal söndürmək mümkün olub. Ehtimallara görə, qadının problemi məhz komissarlıqla olub.
75 yaşlı təqaüdçü saxlanılıb, bəzi məlumatlara görə, qadın əvvəl öz üzərinə tez alışan maye töküb və özünü yandırmağa çalışıb.