Rusiya ordusu haqqında saxta məlumatlar yayan yazıçı Dmitri Qluxovski məhkəmənin hökmü ilə səkkiz il yarım müddətdə qiyabi azadlıqdan mərhum edilib.
KONKRET.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, yazıçı birinci inistansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. Xatırladaq ki, Qluxovski avqustun 7-də Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaqda təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.
Məhkəmə ona dörd il müddətinə internet saytlarını idarə etməyi qadağan edib. İstintaqla məlum olub ki, Qluxovski 2022-ci il martın 10-dan mayın 10-dək xaricdə olan zaman sosial şəbəkələrdəki səhifələrində Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularının yaşayış binalarını, məktəbləri və xəstəxanaları qəsdən atəşə tutması və bombalaması barədə yazılar dərc edib. Yazıçının ölkədən kənarda istintaqdan gizlənməsi və beynəlxalq axtarışda olması səbəbindən məhkəmə qiyabi keçirilib. 2022-ci il oktyabrın 7-də Ədliyyə Nazirliyi Qluxovskini xarici agent kimi tanıyıb. Həmin ilin dekabrında Moskvanın Zamoskvoretski məhkəməsi bu qərarın qanuniliyini təsdiqləyib.Dmitri Qluxovski nüvə partlayışından sağ çıxan Moskva haqqında “Metro 2033” kitabının müəllifidir. Onun “Metro 2034”, “Post”, “Metro 2035”, həmçinin “Gələcək”, “Mətn” və “Alatoranlıq” əsərləri də oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Vəli Həsənov,
KONKRET.az