Ukraynanın Təhlükəsizlik Xidməti Krımdakı Kirovskoye hərbi aerodromuna hava zərbələri endirib, Rusiyanın 3 helikopteri və “Pantsir-S1” sistemi məhv edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, aviasiya komponentinin, hava hücumundan müdafiə sistemlərinin, silah-sursat anbarlarının, eləcə də düşmənin kəşfiyyat və pilotsuz hücum təyyarələrinin yerləşdirilmə sahələrinə hava zərbələri endirilib.
Mövcud məlumatlara görə, əməliyyat nəticəsində UTX Rusiyanın Mi-8, Mi-26 və Mi-28 tipli üç çoxməqsədli və hücum helikopterini, həmçinin “Pantsir-S1” özüyeriyən zenit-raket və silah sistemini məhv edib.