Polşanın mühafizəkar Hüquq və Ədalət partiyasının nümayəndəsi Karol Navrotski ölkənin yeni prezidenti olub.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Polşa televiziyası Dövlət Seçki Komissiyasının məlumatlarına istinadən məlumat yayıb.
“Bülletenlərin 99,55 faizi işləndikdən sonra Navrotski 51 faiz səs toplayıb. Onun rəqibi Rafal Trzaskovski 49 faiz səs yığıb. Ölkənin üç əsas televiziya kanalının keçirdiyi “exit-poll”lar seçici fəallığının 71,7 faiz olduğunu göstərib”, – deyə bildirilib.
Qeyd edək ki, 2024-cü ilin fevralında Navrotski Polşada Qırmızı Ordu abidələrinin sökülməsində iştirak etdiyi üçün Rusiya tərəfindən axtarışa verilib.