Rusiyanın daha bir şəhərinə uçuşlar başlayırbackend

Rusiyanın daha bir şəhərinə uçuşlar başlayır

“Azərbaycan Hava Yolları” aviaşirkəti Rusiyanın daha bir şəhərinə – Mineralnıye Vodıya – aviabilet satışına başlayır.

AZAL-dan KONKRET.az-a verilən məlumata görə, Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə xüsusi reyslər mayın 30-dan etibarən həftədə bir dəfə, bazar günləri yerinə yetiriləcək.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından əldə etmək mümkündür.

Hazırda “AZAL” Rusiyanın paytaxtı Moskva şəhərinə də xüsusi reyslər həyata keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*