Rusiyanın Dnepropetrovsk vilayətinə hücumunun məqsədi…backend

Rusiyanın Dnepropetrovsk vilayətinə hücumunun məqsədi...

Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinə hücumu həm də bufer zonasının yaradılması istiqamətində işdir.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya Silahlı Qüvvələrinin Dnepropetrovsk vilayətinə hücumunu bufer zonası yaratmaq işi adlandırmaq olarmı?” sualına Kremlin sözçüsü “Hərbi əməliyyatların öz nüanslarından danışsaq, əlbəttə ki , siz öz suallarınızı Müdafiə Nazirliyinə ünvanlamalısınız” deyə cavab verib.

Peskov vurğulayıb ki, Rusiya ordusunun Dnepropetrovsk vilayətinə hücumu digər nüanslarla yanaşı, Ukraynada Rusiya sərhədlərinin qorunması üçün zəruri olan bufer zonasının yaradılması naminə həyata keçirilir.

Qeyd edək ki, iyunun 8-də Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Dnepropetrovsk vilayəti ilə sərhədinə çıxdığı və Dnepropetrovsk vilayəti ərazisinə daxil olmasına dair məlumatlar yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*