Çindən dünyaya YENİ TƏHLÜKƏ: Pandemiya, qapanma və ölüm gəlir…backend

Çindən dünyaya YENİ TƏHLÜKƏ: Pandemiya, qapanma və ölüm gəlir...

Çində HKU5-CoV-2 adlı yeni ölümcül virus aşkarlanıb. Bununla bağlı tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub. Qeyd edilib ki, bu virus COVID-19-dan daha təhlükəlidir.

Hazırda virus yalnız yarasalarda aşkarlanıb, lakin artıq insanlara yoluxacağı bildirilir. Bu virus da 2019-cu ildə pandemiyanın başlaya biləcəyi ehtimal edilən Uhan laboratoriyasından qaynaqlanır.

Bəs, pandemiya yenidən qayıda bilər?

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla KONKRET.az-a açıqlmasında bildirib ki, yeni yayılan virus növü tədqiqatçıların diqqət mərkəzindədir.

AbzasMedia - Adil Qeybulla: "Uşaqlar arasında respirator xəstəliklərin  artması xeyli narahatlıq doğurur"

“Virusun mənşəyi yarasalardır və o, insanlara zoonoz yoluxma nəticəsində keçir. Bu da digərləri kimi təkzəncirli RNT virusudur və Betta koronavirusların dördüncü qrupuna daxildir.

2012-ci ildə Səudiyyə Ərəbistanında qeydə alınan, daha sonra İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və digər ərəb ölkələrində yayılan, eyni zamanda Britaniya, Fransa və İtaliya kimi Avropa dövlətlərində də aşkarlanan Yaxın Şərq Tənəffüs Sindromu (MERS) bu qrupa aid edilir. MERS də COVID virusu ilə eyni ailəyə mənsubdur. Ondan əvvəl isə Konqoda SARS-CoV (SARS1) yayılmışdı. Bu zəncirin davamı olaraq 2019-cu ildə başlayan və qlobal pandemiyaya səbəb olan COVID-19 virusu meydana çıxmışdı”.

Mütəxəssis yeni yayılan virusun MERS-ə daha yaxın olduğunu bildirir.

“Bu səbəbdən pandemiya riski virusun yayılma sürəti və yoluxuculuq indeksindən asılı olacaq. Alimlərin narahatlığı virusun yüksək mutasiya qabiliyyəti ilə əlaqədardır. Virus tənəffüs yolları ilə asanlıqla yayıla bildiyindən, onun yoluxuculuq gücü yüksək olarsa, geniş əraziləri əhatə etməsi qaçılmaz ola bilər”.

A.Qeybulla sonda əlavə edib ki, hazırda bütün bunlar ilkin fərziyyələr olsa da, Dünya Səhiyyə Təşkilatı və aidiyyəti qurumlar məsələ ilə bağlı araşdırmalar aparır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*