Rusiyanın ən cazibədar kişisi Putin oldubackend

Rusiyanın ən cazibədar kişisi Putin oldu

Rusiya sakinləri Prezident Vladimir Putini ölkənin ən cazibədar kişisi hesab edib.

KONKRET.az xəbər verir ki, bu nəticə “SuperJob” xidməti tərəfindən keçirilən rəy sorğusundan sonra ortaya çıxıb.

Rəyi soruşulan kişilərin 18, qadınların isə 17 faizi Putini ən cazibədar kişi hesab edib.

Ruslar ikinci yerə məşhur aktyor Dmitri Nağıyevi layiq görüblər.

Bundan başqa rəyi soruşulan kişilərin 19 faizi özlərini Rusiyanın ən cazibədar kişisi hesab edib.

Qadınların 9 faizi isə Rusiyada cazibədar kişi olmadığını deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*