Rusiyanın Ermənistandakı hərbi bazasının bəzi məlumatları məxfi saxlanılırbackend

Rusiyanın Ermənistandakı hərbi bazasının bəzi məlumatları məxfi saxlanılır

Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası və Rusiyanın sərhəd qoşunları faktiki olaraq ictimai nəzarətdən kənardır.

 KONKRET.AZ report-a istinadən xəbər verir ki, bu, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin hesabatından məlum olub.

Bildirilib ki, hərbi baza haqqında məlumat məxfi xarakter daşıyır.

Hesabata əsasən, Ermənistanın dövlət büdcəsindən Rusiyanın hərbi birləşməsinə ödənilən vəsaitin həcmini dəyərləndirmək mümkün deyil.

“Rusiya hərbçilərinin iştirakı ilə baş vermiş 12 faciəli qətlin istintaqı ilə bağlı cəmiyyətdə narahatlıq var. Məsələn, Rusiya tərəfinin günahı səbəbindən erməni kəndlilər maddi cəhətdən itkiyə məruz qalır”, – deyə sənəddə vurğulanıb.

Vanadzor ofisi 1992-ci ildən Rusiya hərbçilərinin iştirakı ilə baş verən bütün məşhur hadisələri təqdim edib. Hesabat müəllifləri bildiriblər ki, Ermənistanda Rusiya hərbi bazası və sərhəd qoşunları üzərində monitorinq və nəzarət mexanizminin olmaması Ermənistan Respublikası vətəndaşlarının hüquqları pozulur. Sənədə əsasən, Rusiya hərbçilərinin Ermənistanda yerləşməsinə dair dövlətlərarası müqavilələr Ermənistanın dövlət suverenliyi və konstitusiyasına uyğun gəlmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*