Ukrayna müharibənin 1223-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 020 010 hərbçi, 10 980 ədəd tank, 22 922 ədəd zirehli döyüş maşını, 29 718 ədəd artilleriya sistemi, 1 427 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 190 hava hücumundan müdafiə sistemi, 420 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 53 593 ədəd avtomobil texnikası, 42 796 ədəd PUA, 3 436 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 921 xüsusi avadanlıq itirib.