Əsl adı Andrey Kosolapov olan rusiyalı reper Masan hərbi çağırış vərəqi alıb və tezliklə hərbi xidmətə yollanacaq.
KONKRET.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.
“Bulvar mətbuatına inanmayın. Heç kim hərbi çağırışdan gizlənmirdi. Bu gün hərbi komissarlığa getdim və çağırış bildirişi aldım. Hərbi xidmətə gedirik”.
Daha əvvəl mediada reperin altı bildirişə məhəl qoymadığını iddia edilirdi.
Yeddinci çağırışı da alsaydı, hərbi xidmətdən yayındığına görə o, cinayət məsuliyyətinə cəlb oluna bilərdi.