“Rusiyanın müdaxiləsi olmasaydı, bütün Qarabağ Qafqaz türklərinə VERİLƏCƏKDİ” – Şarmazanovbackend

"Rusiyanın müdaxiləsi olmasaydı, bütün Qarabağ Qafqaz türklərinə VERİLƏCƏKDİ" - Şarmazanov

“Rusiyanı günahlandırmaqdan əl çəkin!”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının (ERP) nümayəndəsi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov yazıb.

“Bütün təslim edilmiş torpağın müdafiəçiləri qrant yeyənlər və “sorosçu”lardır.

Bəsdir Rusiyanı günahlandırdınız!

Əgər Rusiyanın kəskin müdaxiləsi olmasaydı, kapitulyant rejim Hadrut, Şuşa, Madagizi təslim etdiyi kimi Xankəndi, Əsgəranı, Qandzasarı, Ağdərəni və Xocavəndi də Qafqaz türklərinə təslim edəcəkdi.

Bunun əsas günahkarı açıq-aşkar türklərin maraqlarına xidmət edən Paşinyan rejimidir.

“Nikolizmin Karfageni” məhv edilməlidir”, – deyə Şarmazanov qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*