Rusiyanın Qarbağla bağlı mövqeyində müəyyən təzadlar  varbackend

Rusiyanın Qarbağla bağlı mövqeyində müəyyən təzadlar var

Rusiyanın Qarbağla bağlı mövqeyində müəyyən təzadlar üzə çıxır. Diplomatik müstəvidə Kreml imza atdığı bəyannamədə irəli gələn məsələləri həll etməyə tələsmir. Bu bəyannamənin imzalanması, Azərbaycan xalqının qarşısında televiziyada canlı efirdə olub.

Məhz xalqın qarşısında V. Putin imza atmaqla birbaşa prosesi müsbətə doğru aparacağı üzrə öhdəliklər götürdü. Azərbaycan ictimaiyyəti qarşısında Putin imza atdığı bəyannamədən irəli gələn öhdəlikləri yerinə yetirməsə, Rusiya Azərbaycan ictimaiyyəti qarşısında tamamilə hansı statusda olacaq o, dekabrın 1-dən sonra aydın olacaq.

Rusiyanın Ermənistanda etimadı tükənib. Ermənilər Qarabağ məsələsində həm hakimiyyət, həm də siyasi -ictimai cameə Moskvaya artıq ümid etmir. Zamanla bu ölkədə anti-Rusiya isteriyası pik həddə çatacaq.

Qeyd edək ki, Rusiya Qarabağda yeni mərkəzlər yaradır və Putin sərəncamlar verməklə, burada humanitar məsələlərin həllinə çalışır. Rusiya Qarabağda avtonom bir idarəetmə yaratmaqda israrlı görünə bilər. Türkiyə ilə iki gündü aparılan danışıqlar nəticəsizdi. Rusiya təktərəfli prosesdə-sülhməramlı prosesdə olmaq istəyir. Çünki burada Türkiyə onu neytrallaşdıracaq. Bu da Moskva üçün arzuolunan deyil. Ona görə də bəyannamədə göstərilən vaxtda Kəlbəcəri boşaltmamaq Moskvanın siyasətidir.

Onsuzda Kəlbəcər, Laçını və Ağdamı boşaltmağa məcburdur. Sadəcə, Putin Azərbaycan xalqı, Ermenistan və Rusiya ictimaiyyət önündə öz imzasına hörmət edəcəkmi?! Bu sual olaraq qalır. İlkin etabda bu görünmədi. Azərbaycan prezidenti İlham Əliyev öz imzasına sadiqdir və Qarabağ məsələsində prinsipial mövqeyə malikdir. Azərbaycan ictimaiyyəti Ali Baş komandanı dəstəkləyir.
Əgər, Rusiya rəhbərliyi imza atdığı sənədlərdə irəli gələn bəndlərə riayət etməsə, Rusiyanın regionda mövqeyi kifayət qədər zəifləyəcək. Türkiyə-Azərbaycanla ciddi konflikt yaşanacaq. Bu da Kreml üçün arzuolunan deyil.

Rusiya prezidenti Vladimir Putin strateji deyil, taktiki siyasət aparır. NATO başda olmaqla, ABŞ gələn ildən Rusiyaya qarşı yeni həmləyə başlayacaq. Türkiyə ilə Qarabağ məsələsində Moskva ortaq məxrəcə gəlməsə, Rusiyaya yeni cəbhə açılacaq. Onun Suriya, Liviyada mövqeləri zəifləyəcək və ciddi itkilərə məruz qala bilər.

Qarabağ məsələsini Rusiya beynəlxalq məsələyə çevirir. Əgər, Rusiya rəhbərliyi dekabrın 1-nə kimi praqmatik qərarlar alarsa, Türkiyə ilə ortaq məxrəcə gələrsə, bu Ankara -Moskva və Bakı oxunda yeni pozitiv bir mərhələyə gətirə bilər. Rusiya üçün də uğurlu seçim ola bilər. Amma, tarix göstərir ki, Rusiya rəhbərliyi bəzən gözlənilməz gedişlər edərək, etimad mühitini zədələyir.

Məhəmməd Əsədullazadə,

MCP sədrinin müavini, politoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*