Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində “Reaper” pilotsuz uçuş aparatının qarşısını kəsib.
KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, qırıcılar PUA-nın üzərinə yanacaq tökərək pərvanəsini zədələyib.
Nəticədə aparat qəzaya uğrayıb.
21:49
Rusiyanın Su-27 qırıcı döyüş təyyarəsi Qara Dənizdə ABŞ-ın MQ-9 pilotsuz uçuş aparatı ilə toqquşub.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, MQ-9 PUA-sı dənizə düşüb.
Məsələ ilə bağlı Pentaqon bildirib ki, Rusiya qırıcıları ABŞ-nin pilotsuz təyyarəsinə hücum edib.
Əlavə məlumat veriləcək.