Kerç boğazında, sahildən 8 km uzaqlıqda qəzaya uğrayan “Volqoneft-212” tankerinin heyət üzvləri təxliyə edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, 13 heyət üzvü təxliyə olunub, onlardan biri həyatını itirib.
***
Rusiyanın “Volqaneft” tankeri Kerç boğazında fəlakətə uğrayıb.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentliyin həmsöhbəti bildirib ki, “fırtına şəraitində [4 ton mazut daşıyan] tankerin burun hissəsi qopub, 13 nəfərlik heyət gəminin arxa hissəsində yerləşir”.
O əlavə edib ki, xəsarət alanlar barədə məlumat daxil olmayıb. Həmçinin mazutun dağılması barədə də məlumat yoxdur. Hadisə sahildən 8 km məsafədə baş verib.
Regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib ki, gəmi heyətinin köməyinə Rusiyanın FHN-nin Mi-8 helikopteri göndərilib.