Rusiyada vahid hərbi uçot reyestrinin əsas işləyicisi olan “Mikord” şirkətinin serverləri anonim hakker qrupunun hücumuna məruz qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “İdite lesom” hüquq müdafiə layihəsinin rəhbəri Qriqori Sverdlin yayıb.
Rusiya mediasının yazdığına görə, hakkerlər şirkətin sistemində bir neçə ay ərzində gizli şəkildə fəaliyyət göstəriblər. Onlar reyestrə dair böyük həcmdə məlumat – texniki və maliyyə sənədləri, eləcə də layihənin ilkin kodlarını ələ keçirərək hüquq müdafiəçilərinə ötürüblər.
Sverdlin bildirib ki, yaxın günlərdə bu materialların hamısı açıq şəkildə dərc olunacaq:
“Bu hücum, məlumatların silinməsi və infrastrukturun məhv edilməsi nəticəsində reyestrin hazırlanması azı bir neçə ay geri düşüb”.
Hazırda “Mikord” şirkətinin rəsmi saytı əlçatan deyil. Resursun giriş səhifəsində “Sitedə texniki işlər aparılır” məlumatı yerləşdirilib.
Aynurə İsmayıl
KONKRET.az
